"Hyundai" avtomobillərin rəsmi distributoru olan "Auto Azərbaycan" MMC-yə indiyədək vergi öhdəlikləri üzrə tətbiq edilən maliyyə sanksiyaları açıqlanıb.
İqtisadiyyat.az-ın Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarından əldə etdiyi xəbərə görə, şirkətə qarşı maliyyə sanksiyaları Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə tətbiq edilib.
Belə ki, 2007-ci ildə 1 hal üzrə ümumilikdə 40 manat, 2011-ci ildə 1 hal üzrə ümumilikdə 40 manat, 2013-cü ildə 1 hal üzrə ümumilikdə 40 manat, 2014-ci ildə 1 hal üzrə ümumilikdə 40 manat, 2015-cü ildə 1 hal üzrə ümumilikdə 40 manat, 2016-ci ildə 3 hal üzrə ümumilikdə 120 manat, 2017-ci ildə 1 hal üzrə ümumilikdə 40 manat, 2018-ci ildə 1 hal üzrə ümumilikdə 40 manat, 2020-ci ildə 1 hal üzrə ümumilikdə 40 manat, 2021-ci ildə 6 hal üzrə ümumilikdə 240 manat, 2022-ci ildə 4 hal üzrə ümumilikdə 160 manat, 2023-cü ildə isə 3 hal üzrə ümumilikdə 120 manat maliyyə sanksiyası tətbiq edilib.
Əvvəlki illərdən nəticə çıxaran şirkətə qarşı ötən il isə maliyyə sanksiyası tətbiq edilməyib.
Qeyd edək ki, "Hyundai" avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru "Auto Azərbaycan" şirkəti 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 17 352 742 manatdır. Şirkətin qanuni təmsilçisi və İdarə Heyətinin sədri Emil İsmayılovdur. O, 2003-cü ildən bu şirkətdə çalışır və 2019-cu ildən isə sədr vəzifəsini daşıyır. Buna qədər isə İdarə Heyəti sədrinin birinci müavini olub.
Milli.Az