Hadisə

"İnterpol"la axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb

29 Avqust 2026 12:40
Baxış: 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gürcüstanda İnterpolun "qırmızı bülleteni" ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, həmin şəxs Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında xuliqanlıq və başqasının əmlakına qəsdən ziyan vurma ittihamları ilə axtarışda olub.

İstintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı "Sarpi" gömrük-keçid məntəqəsinin ərazisində saxlanılıb.

Hazırda saxlanılan şəxslə bağlı qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.