Hadisə

Gəncədə qadın ürək əməliyyatından sonra öldü

29 Avqust 2026 10:35
Baxış: 246
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gəncədə qadın əməliyyatdan sonra ölüb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən özəl xəstəxanaların birinə baş verib. Tərtər rayon sakini 1958-ci il təvəllüdlü K.Qasımova əməliyyatdan sonra ölüb.

Məlumata görə, qadın xəstəxanada ürək əməliyyatı olubmuş. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.