Azərbaycan nefti bahalaşıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,58 ABŞ dolları və ya 0,63 faiz artaraq bir barel üçün 92,89 ABŞ dollarına çatıb.
Bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.
Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,72 ABŞ dolları və ya 0,81 faiz artaraq 89,72 ABŞ dolları təşkil edib.
"Urals" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,96 ABŞ dolları və ya 1,48 faiz artaraq bir barel üçün 65,93 ABŞ dollarına çatıb.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,42 ABŞ dolları və ya 0,47 faiz artaraq bir barel üçün 89,64 ABŞ dolları olub.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
"Trading Economics"in məlumatına görə, cümə günü xam neftin qiyməti bir barel üçün 83,4 dollara düşərək həftəlik itkiləri təxminən 4%-ə çatdırıb. "Treyderlər İranla bağlı vəziyyəti fiziki neft tədarükü üçün yaxın təhlükə deyil, daha çox iqtisadi və sanksiya qarşıdurması kimi qiymətləndirməyə başlayıblar. Bununla yanaşı, Hörmüz boğazından neft axınının yaxşılaşması və İran-Oman dəhlizinin yaradılması ilə bağlı təkliflər tədarük risklərinə dair narahatlıqları daha da azaldıb.
"Goldman Sachs"ın hesablamalarına görə, Fars körfəzindən neft ixracı sutkada təxminən 15-16 milyon barelə yüksəlib. Bu göstərici münaqişədən əvvəlki 22-24 milyon barel səviyyəsindən əhəmiyyətli dərəcədə aşağı olsa da, mart ayında qeydə alınan təxminən 5-6 milyon barellik minimum göstəricidən xeyli yüksəkdir.
Bu arada, İran və Oman boğazdan əldə olunan gəlirlərin bölüşdürülməsi ilə bağlı çərçivə razılaşmasına gəliblər. Bununla belə, Tehran bunun Hörmüz boğazının dərhal açılacağı anlamına gəlmədiyini vurğulayıb.
Bununla yanaşı, Tramp administrasiyasının vasitəçilərə iyun ayında İranla əldə edilmiş və daha sonra qüvvədən düşmüş ilkin razılaşmanın şərtlərini yenidən gündəmə gətirmək niyyətində olmadığı barədə məlumat verdiyi bildirilir", - məlumatda qeyd edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yük maşınından 43 mindən çox bəyan edilməmiş dərman çıxdı
-
Şəmkirdə azyaşlı əməliyyatdan sonra öldü
-
Ötən gün 2 avtomat silah, 6 tüfəng aşkarlandı
-
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb
-
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb
-
Azərbaycan nefti bahalaşıb
-
Çimərliyə gedənlərin nəzərinə
-
Geyimləri ilə gündəmə gələn Fidan müəllim saxlanıldı
-
Dünyada miqrantların sayı 304 milyona çatdı - Sərt siyasət niyə nəticə vermir?
-
Füzulidə 12 yaşlı uşaq atdan yıxılıb öldü
-
Gəncədə qadın ürək əməliyyatından sonra öldü
-
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı
-
Toy karvanında "avtoş"luq edən sürücü həbs edildi
-
Premyer Liqada III turun ilk oyunları bu gün keçiriləcək
-
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
-
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
-
Dünya bazarında neft ucuzlaşdı
-
Tayvan Penhuya raket sistemləri yerləşdirdi
-
Nepalda daşqın faciəsi: Ölənlərin sayı 626-ya çatıb
-
Noxud bişirməyin gizli sirri: Sərt dənələr belə yumşalır
-
Sakinlər bu yolda radar quraşdırılmasını istəyirlər - (Video)
-
Bu gündən şansları dönür: Bu 4 bürcü böyük dəyişikliklər gözləyir
-
Soyuducunu harada yerləşdirmək daha yaxşıdır?
-
Təzə üzüm mürəbbəsi necə hazırlanır?





