Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az-ın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan KİA ilə digər avtomobil toqquşub. Qəza zamanı 1986-cı il təvəllüdlü M.İsgəndərova, 1962-ci il təvəllüdlü Rəna Abdulova və 1971-ci il təvəllüdlü V.Orucova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. (APA)
Milli.Az





