Xalq artisti, görkəmli tarzən Ramiz Quliyevin xatirə gecəsi keçirilib – FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" və "Şərəf" ordenli, görkəmli tarzən Ramiz Quliyevin xatirə gecəsi keçirilib.
Tədbirdə çıxış edən Mərkəzin direktoru, Əməkdar artist, Özbəkistanın Mədəniyyət səfiri Sahib Paşazadə Ramiz Quliyevin Azərbaycan musiqi sənətində müstəsna xidmətlərindən danışıb.
O, bildirib: "Ramiz Quliyev Azərbaycan tar ifaçılığı məktəbinin parlaq simalarından biridir. Onun çoxşaxəli yaradıcılığı təkcə ifaçılıqla məhdudlaşmayıb, həm də pedaqoji və elmi fəaliyyəti ilə zəngin olub. Sənətkarın irsi gələcəkdə də geniş araşdırılacaq, ona həsr olunan elmi işlər, dissertasiyalar və məqalələr davam etdiriləcək. Çünki belə sənətkarların yaradıcılığı tükənməz xəzinədir".
Tədbirdə çıxış edən Xalq artisti, professor Siyavuş Kərimi, Vamiq Məmmədəliyev, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi-Tədqiqat Laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə Ramiz Quliyevin zəngin yaradıcılıq yolundan, Azərbaycan tar ifaçılığı məktəbinin formalaşması və təkmilləşməsində göstərdiyi xidmətlərdən bəhs ediblər. Qeyd olunub ki, sənətkarın çoxillik pedaqoji fəaliyyəti nəticəsində yeni ifaçılar nəsli yetişib. Onun səhnə mədəniyyəti, repertuar seçimi və interpretasiya üslubu bu gün də gənc musiqiçilər üçün nümunədir. Çıxışçılar tədbiri sənətkarın zəngin sənət yoluna ehtiramın ifadəsi olmaqla yanaşı, milli musiqi irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından da əlamətdar hadisə kimi qiymətləndiriliblər.
Gecədə Əməkdar artistlər Ramil Qasımov, Vüsal İsgəndərzadə, Qoçaq Əsgərov, Bəyimxanım Vəliyeva, mərkəzin solistləri Elgiz Əliyev, Səbinə Ərəbli, Nisbət Sədrayeva, Günay İmamverdiyeva, Rövşən Qurbanov, Kamal Nuriyev, Rəşad İbrahimov çıxış ediblər.
Ramiz Quliyevin oğlu, Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin dirijoru Əyyub Quliyev atasının xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Gecəni Mərkəzin solisti, tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə instrumental heyət müşayiət edib. Ansamblın tərkibində kamançada Ceyhun Muradov, qanunda Əməkdar artist Təranə Əliyeva, balabanda Rafael Əsgərov, nağarada isə Amil Mustafayev çıxış ediblər.
Konsert proqramında sənətkarın repertuarından nümunələr və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
20-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə keçiriləcək Azerbaijan Dance Festival 2026-nın proqramı təqdim olunub – biletlər satışda - (Video)
-
Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - (Foto)
-
"44" bədii filminin treyleri yayımlandı - (Video)
-
Milli Kino Günü münasibətilə CineMastercard-da “Tağıyev” filmləri həftəsi keçiriləcək
-
Əməkdar incəsənət xadimi Aqil Məlikovun vəziyyəti ağırdır
-
XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub - (Foto- Video)
XƏBƏR LENTİ
-
"Ali Rıza bəy" 16 ildən sonra həmin evdə - (Foto)
-
Cəlilabadda transformator yanıb
-
Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü
-
Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib - Pezeşkian
-
"Fənərbağça"da hücumun mərkəzinə iki namizəd var
-
Tramp: İran iqtisadi baxımdan çox pis vəziyyətdədir
-
Günün qoroskopu: Şəxsi münasibətlərinizdə yeni mərhələ başlayır
-
Alina Boz uşağının cinsiyyətini açıqladı (Video)
-
Vuçiç: Avropa böyük müharibənin astanasındadır
-
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurublar (Foto)
-
Sabah bir neçə rayonda işıq olmayacaq - Yenilənib
-
Möhsin Rezai İran Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edilib
-
Qadın deputat Baş nazirə yumurta atdı, iclas dayandırıldı
-
Almaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam edəcək - XİN
-
Rusiyanın Suriyadakı hərbi obyektləri Dəməşqin nəzarətinə keçəcək
-
Sığorta bazarında yeniliklər gözlənilir (Video)
-
"Aclıq daşları" üzə çıxdı: Fəlakət xəbərdarlığı (Foto)
-
Bakıda 11 marşrutun dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq
-
Həsən Seyidbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Elvin Cəfərquliyevin durumu bəlli oldu
-
Hövsanda yeni stadionlar tikilir - (Video)
-
17 yaşlı qız Kürdə batıb - Yenilənib
-
İsrail İranın nüvə silahına sahib olmasına imkan verməyəcək - Netanyahu
-
“Qadın kimi xoşbəxt olmadım” deyib, ağladı





