Ölkə

Bakıda 11 marşrutun dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq

9 Avqust 2026 20:56
Baxış: 381
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Paytaxtın Puşkin küçəsinin Xaqani küçəsi ilə Nizami küçəsi arasındakı hissəsində aparılan təmir işləri ilə əlaqədar avqustun 10-da bir sıra marşrut avtobuslarının həmin ərazidə yerləşən dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq.

Milli.Az xəbər verir ki, sərnişinlərin avtobuslara minib-düşməsi zamanı yarana biləcək çətinlik və narahatlıq nəzərə alınaraq 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və 125 nömrəli marşrutlar avqustun 10-da sözügedən dayanacaqlarda sərnişin götürüb-düşürməyəcək.

Avqustun 11-dən etibarən həmin marşrutlar əvvəlki qaydada sərnişinlərə xidmət göstərəcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.