Siyasət

Qadın deputat Baş nazirə yumurta atdı, iclas dayandırıldı

9 Avqust 2026 22:28
Baxış: 531

Kosovoda müxalifətdən olan deputat parlamentdə Baş nazir Albin Kurtiyə yumurta ataraq etiraz edib.

Milli.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, iyunun 7-də keçirilən növbədənkənar parlament seçkilərindən sonra Kosovo Məclisi yeni sədr və müavinlərini seçmək üçün toplanıb.

Məlumata görə, iclasda çıxış edən Albin Kurti digər siyasi partiyalarla hökumətin qurulması üçün danışıqların davam etdiyini deyib.

Qeyd olunub ki, o, yeni parlament sədrliyinə namizəd təqdim etməyib və danışıqlar üçün daha çox vaxt istəyib.

Bu isə müxalifətin etirazına səbəb olub.

Bildirilib ki, "Kosovonun Gələcəyi üçün İttifaq" (AAK) partiyasının deputatı Time Kadriyay Kurtiyə yaxınlaşaraq çantasından çıxardığı yumurtaları ona atıb.

Hadisədən sonra deputatlar arasında qısa gərginlik yaşanıb və parlamentin iclası təxirə salınıb.

Qeyd edək ki, Kosovoda son 18 ay ərzində üç dəfə parlament seçkiləri keçirilib.

Ölkədə siyasi böhran davam edərsə, yenidən növbədənkənar seçkilərin keçirilməsi mümkündür.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.