Almaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam edəcək - XİN
Almaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam edəcək.
Milli.Az TREND-ə istinadla xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində ötən il ABŞ-nin dəstəyi ilə Vaşinqtonda keçirilmiş Azərbaycan-Ermənistan sammitinin ildönümünə həsr olunmuş paylaşımında bildirilib.
"Bu gün ötən il ABŞ-nin dəstəyi ilə Vaşinqtonda keçirilmiş Ermənistan və Azərbaycan arasında sammitin ildönümünü qeyd edirik. Bu hadisə iki ölkə arasında münasibətlərdə tarixi impuls yaratdı. Biz hər iki tərəfi bu istiqamətdə irəliləməyə davam etməyə çağırırıq.
Cənubi Qafqazda sülh və sabitlik bizim ümumi maraqlarımıza cavab verir. Aİ və ABŞ-dəki tərəfdaşlarımızla birlikdə Almaniya bu prosesi bütün mərhələlərində dəstəkləməyə davam edəcək", - deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekununda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması barədə birgə bəyannamə imzalayıblar. Bu layihə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" adlandırılıb.
Görüş çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş" layihəsini paraflayıb və ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanlanan, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin ATƏT-in Minsk prosesinin bağlanması ilə bağlı birgə müraciətini imzalayıblar.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Qadın deputat Baş nazirə yumurta atdı, iclas dayandırıldı
-
Almaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam edəcək - XİN
-
Azərbaycan XİN Sinqapuru Müstəqillik Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Sinqapur Prezidentini təbrik edib
-
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanlayıb
-
Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır - Stiv Uitkoff
XƏBƏR LENTİ
-
Sabah 3 rayonda işıq olmayacaq
-
Qadın deputat Baş nazirə yumurta atdı, iclas dayandırıldı
-
Almaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam edəcək - XİN
-
Rusiyanın Suriyadakı hərbi obyektləri Dəməşqin nəzarətinə keçəcək
-
Sığorta bazarında yeniliklər gözlənilir (Video)
-
"Aclıq daşları" üzə çıxdı: Fəlakət xəbərdarlığı (Foto)
-
Bakıda 11 marşrutun dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq
-
Həsən Seyidbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Elvin Cəfərquliyevin durumu bəlli oldu
-
Hövsanda yeni stadionlar tikilir - (Video)
-
17 yaşlı qız Kürdə batıb - Yenilənib
-
İsrail İranın nüvə silahına sahib olmasına imkan verməyəcək - Netanyahu
-
“Qadın kimi xoşbəxt olmadım” deyib, ağladı
-
Xətaidəki güclü yanğın söndürülüb - (Yenilənib)
-
Masallının iki kəndində qaz olmayacaq
-
Safurənin ərinin keçmiş xanımı ilə fotolarını paylaşdı - (Video)
-
15 yaşlı Rəvan göldə boğuldu
-
Bakıdakı güclü yanğından (Fotolar)
-
Son 140 ilin ən yüksək temperaturu qeydə alındı
-
İmişlidə Araz çayında batan gəncin meyiti tapılıb - Yenilənib
-
İran Hörmüz boğazının açılması üçün ABŞ-dan yeni tələblər irəli sürüb
-
"Arsenal"ın 25 yaşlı futbolçusu öldü
-
Paytaxtın bu rayonunda su kəsilib
-
Şəmkirdə 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb





