Möhsin Rezai İran Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İranın keçmiş İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı və ali rəhbərin müşaviri Möhsin Rzai Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edilib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İran Prezidentinin ofisi məlumat yayıb.
İran Prezidentinin ofisinin kommunikasiya və informasiya məsələləri üzrə müavini Mehdi Təbətəbai bildirib ki, Məhəmməd Baqer Zülqədərin Milli Təhlükəsizlik Ali Şurasının katibi vəzifəsindən istefa verməsi və yeni məsuliyyət daşıması ilə əlaqədar Prezident Məsud Pezeşkianın sərəncamı ilə Möhsin Rezai bu vəzifəyə təyin olunub.
Rezai, həmçinin İranın ali rəhbəri ayətullah Seyid Müctəba Hüseyni Xamenei tərəfindən Milli Təhlükəsizlik Ali Şurasında ali rəhbərin nümayəndəsi vəzifəsinə təyin edilib.
Bundan əvvəl Milli Təhlükəsizlik Ali Şurasının katibi vəzifəsində çalışmış Məhəmməd Baqer Zülqədər isə siyasi məsələlər üzrə müşavir təyin olunub.
Qeyd edək ki, 72 yaşlı Möhsin Rzai İranın tanınmış hərbi və siyasi simalarından biridir. O, daha əvvəl SEPAH-ın komandanı və İranın ali rəhbərinin hərbi müşaviri vəzifələrində çalışıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib - Pezeşkian
-
Möhsin Rezai İran Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edilib
-
Pezeşkian: Suriyadakı ssenarini İranda da tətbiq etmək istəyirdilər
-
Ukraynadan İrana: Hücum qəsdən edilməyib
-
İranda iki nəfər edam edildi
-
İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb
XƏBƏR LENTİ
-
"Ali Rıza bəy" 16 ildən sonra həmin evdə - (Foto)
-
Cəlilabadda transformator yanıb
-
Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü
-
Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib - Pezeşkian
-
"Fənərbağça"da hücumun mərkəzinə iki namizəd var
-
Tramp: İran iqtisadi baxımdan çox pis vəziyyətdədir
-
Günün qoroskopu: Şəxsi münasibətlərinizdə yeni mərhələ başlayır
-
Alina Boz uşağının cinsiyyətini açıqladı (Video)
-
Vuçiç: Avropa böyük müharibənin astanasındadır
-
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurublar (Foto)
-
Sabah bir neçə rayonda işıq olmayacaq - Yenilənib
-
Möhsin Rezai İran Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edilib
-
Qadın deputat Baş nazirə yumurta atdı, iclas dayandırıldı
-
Almaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam edəcək - XİN
-
Rusiyanın Suriyadakı hərbi obyektləri Dəməşqin nəzarətinə keçəcək
-
Sığorta bazarında yeniliklər gözlənilir (Video)
-
"Aclıq daşları" üzə çıxdı: Fəlakət xəbərdarlığı (Foto)
-
Bakıda 11 marşrutun dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq
-
Həsən Seyidbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Elvin Cəfərquliyevin durumu bəlli oldu
-
Hövsanda yeni stadionlar tikilir - (Video)
-
17 yaşlı qız Kürdə batıb - Yenilənib
-
İsrail İranın nüvə silahına sahib olmasına imkan verməyəcək - Netanyahu
-
“Qadın kimi xoşbəxt olmadım” deyib, ağladı





