Hadisə

Xəsarət alan FHN əməkdaşından XƏBƏR VAR

21 Fevral 2026 16:53
Baxış: 497
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xidməti vəzifəsini yerinə yetirərkən hərəkətdə olan avtomobilin vurması nəticəsində xəsarət alan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı müalicə üçün evə buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, 21.02.2026-cı il tarixdə 07:10 radələrində Ələt-Astara magistralında baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

1989-cu il təvəllüdlü şəxsə sağ yuxarı və aşağı ətrafların səthi travması diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisə zamanı 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.