2019-cu noyabrın 1-dən bu günədək Sosial Xidmətlər Agentliyi tərəfindən 829 uşaq övladlığa verilib.
Milli.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Bildirilib ki, onlardan 410-u qız, 419-u oğlandır.
Himayədar ailələrə verilən uşaqların sayı isə 44-ü qız, 34-ü oğlan olmaqla 78-ə çatıb.
Milli.Az





