İdman

UEFA “Qarabağ”ı böyük məbləğdə cərimələdi

21 Fevral 2026 19:00
Baxış: 762
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA İntizam Komitəsi "Qarabağ" klubunu 17500 avro cərimələyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, buna səbəb azarkeşlərin UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Bakıda Almaniyanın "Ayntraxt" klubuna qarşı keçirilən oyunda səsləndirdiyi şüarlar olub.

Ağdam təmsilçisi "idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi" və "ümumilikdə futbolun və xüsusilə UEFA-nın nüfuzuna zərər vurulması" səbəbilə 17 500 avro məbləğində cərimələnib. Bundan əlavə, "Qarabağ"ın bilet nəzarəti qaydalarını da pozduğu bildirilir.

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.