Bədii gimnastika üzrə keçirilən Dünya kubokuna yekun vuruldu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Gimnastika Arenası 17-19 aprel tarixlərində yenidən möhtəşəm idman bayramına ev sahibliyi etdi. Bədii gimnastika üzrə keçirilən Dünya kubokunda 42 ölkədən 150-dən çox gimnast iştirak edərək tamaşaçılara unudulmaz anlar yaşatdı.
Milli.Az xəbər verir ki, üç gün davam edən yarışın ilk iki günü təsnifat mərhələsinə, sonuncu günü isə həyəcanlı finallara həsr olundu. Təsnifat mərhələsində fərdi gimnastlar halqa, top, gürzlər və lent alətləri ilə çıxış edərək bacarıqlarını nümayiş etdirdilər. Çoxnövçülük üzrə nəticələrə əsasən, Ukraynanı təmsil edən Taisiia Onofriichuk birinci yerə layiq görüldü. İkinci yeri Almaniya gimnastı Darja Varfolomeev, üçüncü yeri isə Bolqarıstan təmsilçisi Stiliana Nikolova tutdu.
Qrup hərəkətləri proqramında gimnastlar 3 halqa və 2 cüt gürz ilə çıxış edərək yüksək peşəkarlıq sərgilədilər. Çoxnövçülük üzrə qalib İsrail komandası oldu. İspaniya ikinci, AIN 2 komandası isə üçüncü pillədə qərarlaşdı.
Final mərhələsində isə mübarizə daha da gərgin keçdi. Halqa proqramında qızıl medalı Taisiia Onofriichuk qazandı, Stiliana Nikolova ikinci, Sofiia İlteriakova isə üçüncü oldu. Top proqramında Darja Varfolomeev birinci, Sofia Raffaeli ikinci, Stiliana Nikolova isə üçüncü yeri tutdu. Gürzlər üzrə çıxışlarda Darja Varfolomeev qalib gəldi, Sofiia İlteriakova və Taisiia Onofriichuk ikinci və üçüncü yerləri bölüşdülər. Lent proqramında da Darja Varfolomeev birinciliyini qorudu, Sofia Raffaeli ikinci, Akmaral Yerekesheva isə üçüncü oldu.
Qrup hərəkətlərində 5 top proqramında İsrail komandası birinci, Braziliya ikinci, Özbəkistan isə üçüncü oldu. 3 halqa və 2 cüt gürz proqramında isə İspaniya qızıl medal qazandı, AIN 2 ikinci, Bolqarıstan isə üçüncü yeri tutdu.
Ənənəyə uyğun olaraq, təsnifat mərhələsində ən yüksək nəticə göstərən gimnast və komanda "AGF Trophy" kuboku ilə təltif olundu. Bu mükafata fərdi proqramda Darja Varfolomeev, qrup hərəkətlərində isə AIN 2 komandası layiq görüldü.
Yarış günləri ərzində gimnastların möhtəşəm çıxışları ilə yanaşı, tamaşaçıların coşqusu, alqışları və dəstəyi də arenada xüsusi ab-hava yaratdı. Tamaşaçılar üçün təşkil olunan əyləncəli müsabiqələr isə tədbirə əlavə rəng qataraq onlara müxtəlif hədiyyələr qazanmaq imkanı verdi.
Bütün iştirakçıları təbrik edir, qarşıda bizi gözləyən növbəti mötəbər turnirdə - Avropa kubokunda yenidən görüşməyi səbirsizliklə gözləyirik.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür - (Foto)
-
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
-
Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
-
“Sabah” hesabı açdı - Yenilənir - Canlı
-
Günün qoroskopu: Dünyanızı alt-üst edəcək bir şey baş verəcək
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Vinisius göz yaşlarını saxlaya bilmədi
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
"Hürrəm" ilk dəfə Bakıda - (Video)
-
Qələmzər Tağıyevaya vəzifə verildi
-
Fonseka klubdan ayrılır
-
Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
-
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib - (Foto)
-
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu





