Gündə 1 stəkan içsəniz...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.
Milli.Az bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər.
Araşdırma nəyi göstərib?
Yaponiyalı alimlər müəyyən ediblər ki, gündə təxminən 180 qram (bir standart stəkan) süd qəbul edən 30-79 yaş arası insanlarda insult riski daha aşağı olur.
Hesablamalara əsasən 10 il ərzində insult riski orta hesabla 7 faiz azalır, bəzi qruplarda bu göstərici 10,6 faizə qədər çatır. Model analizləri göstərib ki, süd istehlakının artırılması 10 il ərzində 123 mindən çox insult halının qarşısını ala və təxminən 19 min insanın həyatını xilas edə bilər.
Süd damarlar üçün niyə faydalıdır?
Mütəxəssislər bu təsiri südün tərkibi ilə əlaqələndirirlər. Süd kalsium, kalium və maqnezium kimi minerallarla zəngindir.
Bu maddələr arterial təzyiqi tənzimləməyə kömək edir, damarları rahatladır və qan dövranını yaxşılaşdırır. Bunlar isə insultun qarşısının alınmasında əsas amillərdir.
Hansı süd daha faydalıdır?
Araşdırma müəllifləri qeyd edir ki, südün növü də əhəmiyyətli ola bilər. Əvvəlki tədqiqatlara görə az yağlı süd daha güclü qoruyucu təsir göstərə bilər, yağlı süd isə eyni dərəcədə fayda göstərmir. Bununla belə, son araşdırmada süd növləri ayrıca müqayisə olunmadığı üçün əlavə tədqiqatlara ehtiyac var.
Niyə süddən imtina etmək olmaz?
Ekspertlər xəbərdarlıq edir ki, süd və süd məhsullarından imtina orqanizmdə vacib maddələrin çatışmazlığına səbəb ola bilər. Süd yüksək keyfiyyətli zülal, B12 vitamini, yod sümüklər və dişlər üçün vacib kalsium mənbəyidir.
Mütəxəssislərin fikrincə, balanslı qidalanmanın bir hissəsi kimi gündəlik süd qəbulu ürək-damar sağlamlığını qorumağa kömək edə bilər. Bununla belə, fərdi sağlamlıq vəziyyəti nəzərə alınmalı və lazım olduqda həkim məsləhəti alınmalıdır. /Lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"





