Sağlam qida

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

19 Aprel 2026 23:41
Baxış: 516
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.

Milli.Az xəbər verir ki, bu bitki kalori başına düşən qida dəyəri baxımından rəqibsizdir:

Bol miqdarda C vitamini ilə hüceyrələri sərbəst radikallara qarşı qoruyur.

Tərkibindəki antioksidantlar yaşla bağlı ürək xəstəliklərinin qarşısını almaqda kilit rol oynayır.

K vitamini ilə sümük sıxlığını artırır, A vitamini və lutein ilə görmə qabiliyyətini dəstəkləyir.

Aşağı kalorili və yüksək səmərəli olduğu üçün pəhriz saxlayanlar üçün əla seçimdir.

Cincilim adətən təbii su qaynaqlarının kənarında yetişdiyi üçün onu istehlak etməzdən əvvəl çox yaxşı yumaq lazımdır. Mütəxəssislər bütün faydalı maddələri qorumaq üçün onu çiy halda yeməyi tövsiyə edirlər.

Əgər cincilim tapa bilmirsinizsə, pərpətöyün də eyni dərəcədə şəfa mənbəyidir. Öz-özünə yetişən bu bitki bitki mənşəli qidalar arasında ən yüksək Omega-3 (alfa-linolenik turşusu) dərəcəsinə malikdir.

Maqnezium, kalium, kalsium və dəmir anbarıdır.

Beta-karoten və qlutation kimi antioksidantlarla bağışlıqlıq sistemini polad kimi möhkəmləndirir.

Bu göyərtiləri salatlarınıza əlavə edərək həm dadını fərqləndirə, həm də bədəninizi vitamin bombası ilə təmin edə bilərsiniz.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.