Ölkə

Xalq artisti Əliabbas Qədirovun 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib - FOTO

21 Fevral 2026 16:43
Baxış: 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli sənətkarı, Xalq artisti Əliabbas Qədirovun 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib. Tədbirdə çıxış edən xalq artisti Nurəddin Mehdixanlı, xalq artisti, professor Bəsti Cəfərova, əməkdar incəsənət xadimi, professor İlham Rəhimli görkəmli sənətkarın Azərbaycan teatr və kino tarixində yaratdığı obrazlar haqqında danışıb, teatr sənətinin inkişafındakı xidmətlərindən bəhs ediblər.

Daha sonra Əliabbas Qədirovun xatirəsinə həsr olunan, vaxtilə sənətkarın Mirzə Fətəli Axundov obrazını yüksək peşəkarlıqla yaratdığı "Qürbətdən gələn məktublar" tamaşası nümayiş etdirilib.

Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə və onun oğlu Rəşidin həyatına həsr olunan əsər maarifçilik ideyalarını və milli düşüncəni səhnəyə gətirir.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada Xalq artistləri Əli Nur, Laləzar Mustafayeva, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Elşən Cəbrayılov, Vəfa Rzayeva, aktyorlar Rüstəm Rüstəmov və Elçin Əfəndi çıxış edirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.