Hadisə

FHN əməkdaşının faciəli ölümündən saniyələr əvvəlki VİDEOSU

21 Fevral 2026 13:13
Baxış: 729
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Salyanda xidməti vəzifəsini yerinə yetirən zaman avtomobilin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşından biri həlak olub, digəri isə xəsarət alıb.

Hadisə zamanı Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, 1984-cü il təvəllüdlü Hakim Piriyev yük avtomobilinin vurması nəticəsində həyatını itirib. 1989-cu il təvəllüdlü Elşən Tağıyev isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Milli.Az xəbər verir ki, hadisədən saniyələr əvvəl çəkilən son görüntülər yayılıb.

FHN-in əməliyyat videosundan da məlum olur ki, Ələt-Astara magistral yolundakı yanğın yerinə cəlb edilən yanğınsöndürənlər yük avtomobilini söndürməyə çalışırlar. Bu zaman maşın ətrafında qatı tüstü müşahidə edilir. Bir neçə dəqiqə sonra isə yoldan keçən minik avtomobili həmin FHN əməkdaşlarını vurub.

Görüntüləri təqdim edirik:

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.