Xəbər verdiyimiz kimi, Salyanda xidməti vəzifəsini yerinə yetirən zaman avtomobilin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşından biri həlak olub, digəri isə xəsarət alıb.
Hadisə zamanı Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, 1984-cü il təvəllüdlü Hakim Piriyev yük avtomobilinin vurması nəticəsində həyatını itirib. 1989-cu il təvəllüdlü Elşən Tağıyev isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Milli.Az xəbər verir ki, hadisədən saniyələr əvvəl çəkilən son görüntülər yayılıb.
FHN-in əməliyyat videosundan da məlum olur ki, Ələt-Astara magistral yolundakı yanğın yerinə cəlb edilən yanğınsöndürənlər yük avtomobilini söndürməyə çalışırlar. Bu zaman maşın ətrafında qatı tüstü müşahidə edilir. Bir neçə dəqiqə sonra isə yoldan keçən minik avtomobili həmin FHN əməkdaşlarını vurub.
Görüntüləri təqdim edirik:
Fidan
Milli.Az