“Papanin hospitalı”na rəhbərlik etmiş rəis niyə işdən ÇIXARILDI? - Səbəb əsgər ölümüdür, yoxsa...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi tibb xidməti polkovniki Elçin Abdullayev bir neçə gün öncə işdən çıxarılıb.
Bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Bəs uzun müddət "Papanin hospitalı" kimi tanınan tibbi müəssisəyə rəhbərlik etmiş rəis postundan niyə kənarlaşdırılıb?
Milli.Az Modern.az-a istinadla xəbər verir ki, hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bunun səbəblərinə aydınlıq gətirib.
O deyib ki, polkovnik Elçin Abdullayevin vəzifədən azad edilməsi cəmi 10 günün əsgəri olmuş Coşğun Sadıqovun ölümü ilə bağlıdır.
Söhbət müəmmalı şəkildə həyatını itirən Masallı rayonunun Qızılagac kənd sakini Coşğun Zülfüqar oğlu Sadıqovdan gedir.
Ü.Cəfərov bildirib ki, istintaq hazırda Gəncədən Bakıdakı Mərkəzi Hərbi Hospitala gətirildikdən sonra həyatını itirən əsgərin intihar versiyasını araşdırır.
"Bir gəncin ölümündə günahı olan 10-larla vəzifəli şəxs hələlik məsuliyyətdən kənardadır. Hərbi Prokurorluq isə bu fakt üzrə vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 342 1-1 maddəsi ilə cinayət işini araşdırır", - Ü.Cəfərov deyib
Onun sözlərinə görə, mərhum əsgərin anası Şahnaz Əbilova rəsmilərə müraciət ünvanlıyıb və tələb edir ki, oğlunun üzərindən guya intihar etməsi kimi ləkə götürülsün və bu cinayətdə əli olan şəxslər qanun qarşısında cavab versinlər.
"Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərkəzi Kliniki Hərbi Hospitalın rəisi tibb xidməti polkovniki Elçin Abdullayevi də məhz bu hadiəsəyə görə tutduğu vəzifədən azad edib", - ekspert deyib.
Xatırladaq ki, C.Sadıqov vəfatından 10 gün əvvəl - 2026-cı il yanvarın 26-da hərbi xidmətə getmişdi. Haqqında yayılan məlumatlara görə, o, vərəm xəstəsi imiş.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qazaxda iki nəfər bir-birini bıçaqladı
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
-
Ər-arvadın qətlində şübhəli bilinən şəxsin işi məhkəməyə göndərildi
-
Daha iki azərbaycanlı Gürcüstandan ölkəyə ekstradisiya edildi
XƏBƏR LENTİ
-
Qazaxda iki nəfər bir-birini bıçaqladı
-
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
“Brent” nefti bahalaşdı
-
Jesuş Ronaldunun Portuqaliya millisindən getməsinə görə təəssüflənmir
-
Santyaqo Penya ev dustağı edildi
-
Ukrayna iki il ərzində G7 ölkələrindən 49,4 milyard dollar yardım alıb
-
ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar
-
Bu bürclərin qayınanaları ilə yola getmək çox çətindir
-
Payızda yatmazdan əvvəl bunları edin – Səhərə gümrah oyanmağın yolları
-
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
-
Nə sirkə, nə də soda: Pestit qalıqlarını dərhal yox edir
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib





