Gəncədə ağır qəza - xəsarət alanlar var - FOTO

21 Fevral 2026 18:55

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan KİA ilə digər avtomobil toqquşub. Qəza zamanı 1986-cı il təvəllüdlü M.İsgəndərova, 1962-ci il təvəllüdlü Rəna Abdulova və 1971-ci il təvəllüdlü V.Orucova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Milli.Az