26 yaşlı Azərbaycan vətəndaşı Tariverdi Nağıyev Monteneqroda qəzada dünyasını dəyişib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, hadisə Monteneqronun Bijelo Polye-Mojkovac yolunda baş verib. Məlumata görə, Nağıyevin avtomobili yol kənarındakı səkiyə çırpılıb.
Yanğınsöndürənlər Azərbaycan vətəndaşını nəqliyyat vasitəsindən çıxarılmasında iştirak ediblər.
Qəzadan sonra o, təcili olaraq xəstəxanaya aparılıb. Xəstə aldığı xəsarətlərdən dünyasını dəyişib.
Bijelo Polje Xəstəxanasında növbətçi həkim cəsədin məhkəmə-tibbi ekspertizasının aparılmasını təklif edib.
Fidan
Milli.Az





