Hadisə

Faciəvi şəkildə ölən Könül qazinin xanımı imiş... - VİDEO - FOTO

2 İyul 2025 16:48
Baxış: 1 928
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, iyunun 29-da saat 21 radələrində 20 yaşlı Könül İbrahimova yaşadığı Binəqədi rayonu Xocəsən qəsəbəsində şəhid ailələri və qazilər üçün inşa edilmiş şəhərcikdəki binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.

Milli.Az xəbər verir ki, qafqazinfonun məlumatına görə, gənc qız bir neçə ay əvvəl ailə həyatı quraraq həmin binaya köçübmüş. Belə ki, o, Vətən müharibəsi qazisi olan şəxslə evlənib. 

İddialara görə, K.İbrahimovanın əri daha əvvəl başqa qadınla ailəli olsa da, sonradan xanım onu tərk edib.

Qazinin Könüllə "ASAN xidmət" mərkəzində nikah mərasimindən çəkilmiş görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

Bir çox sosial şəbəkə izləyicisi Könülün yeni qurduğu ailədə problemlərin olduğunu, onun zorakılıqla üzləşdiyini iddia ediblər.

Baş vermiş hadisə ilə bağlı hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, ilkin məlumatda Könül İbrahimovanın ehtiyatsızlıqdan yıxılaraq öldüyü bildirilib. Hadisənin dəqiq səbəbi aparılan araşdırmanın yekununda müəyyənləşəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.