Hadisə

Astarada 10 aylıq körpə faciəvi şəkildə öldü - FOTO

1 Sentyabr 2025 22:12
Baxış: 1 025
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Astarada 10 aylıq körpə ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Astara rayonunun Siyəkü kənd sakini - 2024-cü il təvəllüdlü körpə Elcan Taleh oğlu Həsənzadənin bədən hərarəti yüksəlib, körpənin valideynləri zəhərləndiyini düşünərək ona sodalı su içiriblər.

Halı daha da pisləşən körpəni yaxınları əvvəlcə Şürük kənd xəstəxanasına, oradan da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Həkimlərin səyinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.