Hadisə

Marketdə partlayış: yaralanan var - FOTO

28 May 2025 13:49
Baxış: 1 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəran rayonunda marketdə partlayış olub.

Milli.Az xəbər verir ki, hadisə rayonun Şovu kəndində baş verib.

Belə ki, işə gələn Mahir Cəbrayılov marketə daxil olaraq işığı yandırıb, bu zaman partlayış olub. Nəticədə M.Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Marketə ciddi ziyan dəyib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.