Hadisə

Ailəsi ilə istirahətə getmişdi, faciəvi şəkildə öldü

3 Fevral 2025 09:50
Baxış: 1 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbələ rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az qafqazinfoya istinadla xəbər verir ki, fevralın 1-i saat 22 radələrində Ağcabədi rayon sakini 2010-cu il təvəllüdlü Hüseyn Azər oğlu Hüseynov hovuzda boğulub.

Belə ki, ailəsi ilə Qəbələnin Vəndam qəsəbəsinə istirahətə gedən və kirayə evdə qalan Hüseyn ehtiyatsızlıqdan həyətdəki hovuza düşüb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.