Hadisə

Oğuzda maşın 3 yaşlı uşağı və babasını vurdu - FOTO

25 Oktyabr 2024 23:31
Baxış: 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğuzda baba və azyaşlı nəvəsini maşın vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında Oğuz şəhəri H. Əliyev prospektində baş verib.

Rayonun Calut kənd sakini İsrai Xələfzadə idarə etdiyi "VAZ 21015" markalı avtomobillə rayonun Muxas kənd sakini 1959-cu il təvəllüdlü Etibar Yoməddin oğlu Fərhadov və onun azyaşlı nəvəzi 2021-ci il təvəllüdlü Həsən Elsevər oğlu Fərhadovu vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan E. Fərhadov və H. Fərhadov Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Oğuz RMX-da E. Fərhadova ilkin yardım göstərildikdən sonra müayinə və müalicə olunmaq üçün Qəbələ RMX-a göndərilib.

Azyaşlının xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Oğuz rayon polis Şöbəsində araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.