Türkiyə

Bu azərbaycanlı deportasiya edilir

26 Oktyabr 2024 00:39
Baxış: 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Yaroslav vilayətinin Borisoqlebsk Şəhər Məhkəməsi miqrasiya qanunlarını pozan Azərbaycan vətəndaşının Rusiyadan çıxarılması barədə qərar qəbul edib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, azərbaycanlının müəyyən edilmiş qalma müddəti bu il iyulun sonunda başa çatsa da, o, ölkəni tərk etməyib.

Məhkəmə işə baxarkən müəyyən edib ki, əcnəbi heç bir yerdə işləmir və bu səbəbdən müstəqil olaraq Rusiyanı tərk etmək üçün vəsaiti yoxdur. Ona minimum 2 min rubl məbləğində inzibati cərimə tətbiq edilib. O, federal büdcə hesabına - məcburi inzibati deportasiya vasitəsilə Rusiya Federasiyasından çıxarılacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.