“Hamilə qaldı, mən də başından güllələdim” – İcra başçısı da TUTULDU - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin Tunceli şəhərində yoxa çıxan Munzur Universiteti tələbəsi Gülüstan Doku ilə bağlı aparılan araşdırmalar sarsıdıcı faktları üzə çıxarıb. Yeni tapılan dəlillər hadisənin sıradan bir itkin düşmə yox, qəsdən adam öldürmə, cəsədin gizlədilməsi və sübutların məhv edilməsi olduğunu sübut edir.
Milli.Az xəbər verir ki, Gülüstan Doku cinayəti üzrə davam edən təhqiqatda həbs edilənlərin sayısı artıq 9 nəfərə çatıb. Hazırda ABŞ-da gizlənən şübhəli Umut Altaşın qardaşı Sidar Altaşın vəkillə apardığı danışıqların video-yazısı rəsmi cinayət işinə daxil edilib. Həmin görüntülərdə S.A. o dövrün şəhər icra hakimiyyətinin başçısı Tuncay Sonelin oğlu Mustafa Türkay Sonelin cinayəti etiraf etdiyini bu sözlərlə bildirib:
"Nə bilirəmsə, kömək etməyə hazıram. Umutun dindirilməsindən öyrəndiyimə görə, Türkay deyib: 'Qız hamilə qaldı, mən də onu başından güllələdim'. Bu 'başından güllələdim' ifadəsi söhbət zamanı bir neçə dəfə təkrar olundu."
İstintaqın gedişatında o dövrün Tunceli icra başçısı Tuncay Sonelin yaxın mühafizəçisi Şükrü Eroğlu saxlanılaraq məhkəmə tərəfindən həbs edilib. Eyni zamanda, keçmiş icra başçısının oğlu Mustafa Türkay Sonel həbs tələbi ilə məhkəməyə sövq edilib. O dövrün dövlət xəstəxanasının baş həkimi Çağdaş Özdemirin isə dindirilməsi planlaşdırılır.
Qeyd edək ki, Gülüstanın keçmiş sevgilisi Zeynal Abakarov, onun ögey atası (keçmiş polis nəfəri) Engin Yücer və digər şəxslər artıq dəmir barmaqlıqlar arxasındadır.
Gülüstan Dokunun SİM kartındakı məlumatları silməkdə ittiham olunan və orqanlardan xaric edilən keçmiş polis nəfəri Gökhan Ertok etirafçı qismində ifadə verərək, hər şeyi icra başçısının göstərişi ilə etdiyini bildirib:
"İcra başçısı Tuncay Sonel və mühafizəçisi məni 'mətbuat üzərimizə çox gəlir' deyərək aldatdılar və texniki bacarığımdan istifadə etdilər. SİM kartı mənə mühafizəçi verdi. Qanunsuz müdaxilə etdiyim üçün peşmanam," - deyə o qeyd edib.
Hadisə ilə bağlı qaçqınlıqda olan şübhəlilər üçün beynəlxalq axtarış (Qırmızı bülleten) prosedurları başladılıb. //nocomment.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda dəhşətli qətl baş verdi
-
Türkiyədə 15 yaşlı qızın güllələnmiş halda meyiti TAPILDI - FOTO
-
Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını DÖYDÜ - FOTO
-
8 güllə ilə atasını ÖLDÜRDÜ: "Heç kim istəməz..." - VİDEO
-
31 yaşlı qadın kafedə qətlə yetirildi - Əri saxlanıldı
-
93 yaşlı kişini küçənin ortasında döyüb pullarını OĞURLADI - Anbaan VİDEO
XƏBƏR LENTİ
-
Qəhvənin toxunma qavrayışını dəyişdirə bildiyi məlum oldu
-
Hazır cavab dövrü: Süni intellekt asılılığı insan zəkasını gerilədir?
-
Tikə kabab marinadının 4 qızıl qaydası
-
Minillik ağacın gövdəsindən ev düzəltdilər
-
"Tesla"nın gizli mənası məlum oldu: İllərdir "T" hərfi hesab edirdik
-
Süni intellekt gələcəyin "qızıl" peşələrini seçdi: Ən çox qazandıracaq sahələr
-
Ağ Evin damına dronlar yerləşdiriləcək
-
“Niyə orada ölmədilər, Ermənistanda peyda oldular?”
-
“Yorğanımız heç vaxt ayrılmasın” - Ərini belə təbrik etdi
-
Bakı-Tbilisi-Bakı qatarının FOTOları
-
Günün qoroskopu: İmpulsiv alış-verişlərdən uzaq durmalısınız
-
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
-
Vens: İranla danışıqlarda irəliləyiş var
-
"Mançester Siti"də böyük təmizlik
-
26 mərtəbəli binanı 5 günə inşa etdilər
-
"Artıq üçüncü həftədir, güclə nəfəs alıram”
-
Moskva-İrkutsk reysində gərgin anlar - məcburi eniş edildi
-
Qurban Qurbanov: "Ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Azərbaycanda dəhşətli qətl baş verdi
-
Xabi Alonso "Real Madrid"in ulduzunun transferini istəyib
-
“Piano Musiqisi Axşamı” adlı konsert proqramı təqdim olundu - FOTO
-
“Yerində olsaydım, onu stadionun yaxınlığına belə buraxmazdım”
-
Bakı-Tbilisi-Bakı qatarının qrafiki açıqlandı
-
Mourinyo gələr-gəlməz onu komandadan göndərir - FOTO





