Kriminal

Bakıda iki azyaşlı övladı olan qadın ərini ÖLDÜRDÜ - DETALLAR

25 Oktyabr 2024 08:15
Baxış: 2 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

08:15
 

Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki binalardan birində baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aralarında yaranan mübahisə zamanı 37 yaşlı Raidə Mahmudova həyat yoldaşı 38 yaşlı Hacı Mahmudovun başına küt alətlə çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.

Binanın komendantı Cəfər Məmmədovun sözlərinə görə, ailə ilə bağlı daha əvvəl heç vaxt şikayət eşitməyib:

"Mehriban, sakit insanlar idilər. İl yarımdır ki, burada yaşayırdılar. İki azyaşlı övladları var. Dindar ailə idilər, xanım da hicablıdır".

Hadisə ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Raidə Mahmudova iş üzrə şübhəli şəxs qismində saxlanılıb.


---------------
2024.10.24


Bakıda 38 yaşlı kişi öldürülüb.

Milli.Az xəbər verir ki, bu barədə Xətai rayon prokurorluğunun məlumatında deyilir.

Bildirilib ki, oktyabrın 24-də saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində 1986-cı il təvəllüdlü Hacı Mahmudovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1987-ci il təvəllüdlü Raidə Mahmudovanın birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı əri Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr yetirməsi və çarpayıdan yerə itələməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Raidə Mahmudova iş üzrə şübhəli şəxs qismində tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.