COP29-un yekun plenar iclası keçirilib - VİDEO - FOTO
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekun plenar iclası keçirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə iqlim maliyyəsi üzrə razılaşma layihəsi müzakirə edilib.
Belə ki, Paris Sazişinin 6-cı maddəsi tam təsdiq olunub, inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olunub, Paris Sazişinin 13-cü maddəsinə uyğun olaraq İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması, qabiliyyət quruculuğu sahəsində inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstəyin göstərilməsinə dair qərar qəbul olunub.
Plenar iclasın davamında yeni iqlim hədəfi qəbul olunub. Belə ki, COP29-un əsas prioriteti olan iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi qəbul olunub. Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin ediləcək. Bu vəsait dövlət, özəl, habelə çoxtərəfli mənbələr daxil olmaqla bütün mümkün mənbələr hesabına təmin olunacaq. Sənəd inkişaf etməkdə olan ölkələri könüllülük prinsipi əsasında iqlim maliyyəsinə töhfə verməyə çağırır.
Plenar iclasda, eyni zamanda, "Gender və iqlim dəyişikliyi", "Uyğunlaşmaya dair qlobal hədəf", "Şarm əl-Şeyx yumşaltma ambisiyaları və icra iş proqramı" da daxil olmaqla, bir sıra digər sənədlər təsdiqlənib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
-
Prezident İlham Əliyev: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
-
Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir
-
Prezident İlham Əliyev: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır
-
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
-
Burcu Esmersoy dəyişib belə oldu - (Video)
-
Prezident İlham Əliyev: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
-
Prezident İlham Əliyev: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
-
Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir
-
Ronaldo Portuqaliya millisi ilə bağlı qərarını verib
-
Prezident İlham Əliyev: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır
-
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yeni qayda
-
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Bakıda illərdir bir nəfərin belə yaşamadığı müəmmalı bina - (Video)
-
Bakıda ilk AQEM Media Forumu öz işinə başlayıb - (Foto)
-
Britaniyalı nazir: "Siz hər bir halda zibilsiniz və bunu özünüz yaxşı bilirsiniz!"
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Nil Özalp saxlanıldı
-
Bakıda keçirilən "ADEX" Beynəlxalq müdafiə sərgisinin ikinci günü başlayıb
-
Elektrik avtomobillərinin sahiblərinə mühüm xəbərdarlıq
-
Kamçatka sahillərində ard-arda 3 zəlzələ oldu
-
Sülh tapança qabında: Bakı niyə Paşinyanın sülhpərvərliyinə inanmağı dayandırdı
-
Ronaldonun bacısı da millidəki qalmaqala qoşuldu
-
Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan reportaj - (Foto)
-
Sevgilisi Serenay Sarıkaya ilə bağlı özəl anını paylaşdı - (Video)
-
Qazın qiyməti ucuzlaşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Bakıda CAMCA Regional Forumu keçirilir





