İqtisadiyyat

Dollara alternativ yaradılır - İlk nümunəsi Putinə verildi - FOTO

25 Oktyabr 2024 15:40
Baxış: 25 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dollara yeni alternativin yaradılması təklif olunur.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Rusiya Prezidenti Putinə Kazandakı BRIKS sammitində simvolik pul verilib. Əsginasın gələcək illərdə BRIKS ölkələrinin öz aralarında ticarətdə istifadə ediləcəyi bildirilir.

Kremlin mətbuat katibi Dmitri Peskov Putinə Kazandakı zirvə zamanı simvolik "BRIKS əsginası" verildiyini, Mərkəzi Bankın sədri Nabiullinanın isə bu pulu bəyənmədiyini qeyd edib. Peskov bildirib ki, bu əsginas "BRICS çərçivəsində aparılan birgə işləri" simvolizə edir.

Dollara alternativ yaradılır

BRIKS Zirvəsində sağlamlıq problemləri səbəbindən iştirak edə bilməyən Braziliya Prezidenti Luiz İnacio Lula da Silva 23 oktyabr çərşənbə günü video konfransla bağlantı yaradaraq BRIKS ölkələrinin öz aralarında yeni ödəniş metodu yaradılması vaxtının yetişdiyini söyləyib. Lula müzakirələrin təxirə salınmamasını da xahiş edib.

"ABŞ digər ölkələri nəzarətdə saxlamaq üçün dolları silah kimi istifadə edir"

İran Prezidenti Məsud Pezəşkian zirvə zamanı bildirib ki, "ABŞ digər ölkələri nəzarətdə saxlamaq üçün dolları silah kimi istifadə edir. Dünya BRIKS-i dolların gücünü zəiflətdirəcək və milli valyutaları tətbiq edəcək bir qurum kimi tanıyır. BRIKS üzvü ölkələrin enerji, ərzaq və digər malların ən böyük istehsalçıları və istehlakçıları olmaları, eləcə də vacib nəqliyyat və tranzit yollarına sahib olmaları milli valyutaları istifadə etməyi asanlaşdırır" demişdi.

BRİKS nədir?

BRİKS iqtisadi əməkdaşlıq və siyasi müzakirələr üçün bir araya gələn beş ölkənin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) adlarının qısaltmasıdır. Bu ölkələr, dünya iqtisadiyyatında əhəmiyyətli rol oynayan inkişaf etməkdə olan bazarlardır. BRİKS-in məqsədi, üzv ölkələr arasında iqtisadi əlaqələri gücləndirmək, ticarəti artırmaq, investisiyaları təşviq etmək və beynəlxalq məsələlərdə birgə mövqelər tutmaqdır.

İslam
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.