İqtisadiyyat

2 dövlət qurumunun məlumatında uyğunsuzluq aşkarlandı: 17 milyon manat

21 Noyabr 2024 17:20
Baxış: 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Sosial Müdafiə Fondu və  Dövlət Vergi Xidmətinin təqdim etdiyi rəqəmlər üst-üstə düşməyib.

Milli.Az xəbər verir ki, Dövlət Vergi Xidməti və Fond tərəfindən təqdim edilmiş məlumatların təhlili zamanı 2023-cü il üzrə müvafiq gəlir göstəriciləri arasındakı uyğunsuzluqların olduğu müəyyən edilib.

Belə ki, Dövlət Sosial Müdafiə Fondu "Məcburi dövlət sosial sığorta haqqı" daxilolmaları barədə məlumatında bu rəqəmin 5 milyard 194,6 milyon manat olduğunu qeyd etsə də, Dövlət Vergi Xidməti bu rəqəmin 5 milyard 197,7 milyon manat olduğunu bildirib. Nəticədə 3,1 milyon manat uyğunsuzluq yaranıb.

Digər bir uyğunsuzluq isə hesablanmış faiz, maliyyə sanksiyası və sanatoriya-kurort yollayışları ilə bağlıdır.

Dövlət Vergi Xidməti il ərzində hesablanmış faiz və maliyyə sanksiyasının 19,5 milyon manat, sanatoriya-kurort yollayışlarının dəyərinin isə 2,2 milyon manat olduğunu bəyan etdiyi halda, DSMF bu göstəricilərin müvafiq olaraq 6,2 milyon manat və 2,1 milyon manat təşkil etdiyini açıqlayıb.

Ümumilikdə isə 17 milyon manat uyğunsuzluq aşkarlanıb.

Məlumatlar arasında fərqin 80,6%-i hesablanmış faiz və maliyyə sanksiyaları üzrədir və hər bir istiqamət üzrə DVX-nin göstəriciləri daha böyükdür. Bu, əsasən hesabatlılıqla bağlı fərqli yanaşmaların tətbiqindən irəli gəlir ki, bu da, Fond tərəfindən verilən məlumata görə, cari ildə hüquqi aktlarda təkmilləşmə edilməsi ilə fondlararası müxabirləşdirmələrin aparılmasının normativ sənəd tələbi baxımından aradan qaldırılmışdır.

Son illər üzrə toplanmış məlumatlar yaranmış fərqin əvvəlki dövrlərin müvafiq göstəriciləri ilə müqayisədə artan yekunla davam etdiyini göstərir.

İnqilab Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.