Amerika

“Artıq sizə neft də, pul da yoxdur” - Tramp

11 Yanvar 2026 20:39
Baxış: 1 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Kubanı təhdid etməyə başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə o, "Truth" sosial şəbəkə hesabında paylaşım edib.

"Kuba uzun illər Venesueladan gələn külli miqdarda neft və pul sayəsində yaşayıb. Bunun müqabilində son iki Venesuela diktatoruna təhlükəsizlik xidmətləri göstərib, amma artıq bu bitdi. Venesuelanı qorumaq üçün indi dünyanın ən güclü ordusu olan ABŞ var. Biz onu qoruyacağıq. Kuba üçün artıq nə neft var, nə də pul. Çox gec olmamış razılığa gəlməyi məsləhət görürəm", - deyə Tramp qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.