Xırtıldayan kartof kroket resepti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kartof kroket hazırlayarkən ən böyük problem onların qızararkən dağılmasıdır.
Milli.Az xəbər verir ki, Arda Türkmenin bu xüsusi texnikası ilə tam formalı və ləzzətli kroketlər hazırlaya bilərsiniz.
Lazım olan ərzaqlar:
Kartof qarışığı üçün:
3-4 ədəd orta boy kartof
1 xörək qaşığı kərə yağı
2 ədəd yumurtanın sarısı
Yarım stəkan rəndələnmiş kaşar (və ya hər hansı bərk sarı) pendiri
Duz, istiot və bir az muskat qozu rəndəsi (istəyə bağlı)
Üzəri üçün (Panerovka):
1 stəkan un
2 ədəd yumurta (çalınmış)
1 stəkan suxarı (panko və ya çörək qırıntısı)
Qızartmaq üçün:
Bol duru yağ
Hazırlanma qaydası:
Kartofları qabıqlı şəkildə bol suda yumşalana qədər qaynadın. Qaynadıqdan sonra qabıqlarını soyun və hələ isti ikən bir əzən vasitəsilə tam püre halına gətirin.
Kartofların daxilində iri parçalar qalmamalıdır, əks halda kroketlər dağıla bilər.
İsti kartof pürəsinin içinə kərə yağı, yumurta sarıları, rəndələnmiş pendir və ədviyyatları əlavə edin. Bütün ərzaqlar bir-birinə qarışana qədər yaxşıca yoğurun.
Hazırladığınız kartof xəmirindən qoz böyüklüyündə parçalar qopardaraq ovucunuzda silindr və ya dairəvi forma verin.
Panerovka prosesi (Sıralama çox önəmlidir): Hazırladığınız kroketləri ardıcıllıqla bu mərhələlərdən keçirin:
Əvvəlcə hər tərəfini una batırın.
Sonra çalınmış yumurtaya hər tərəfli bulayın.
Ən sonda suxarıya batıraraq hər yerinin örtüldüyündən əmin olun.
Geniş bir tavada duru yağı yaxşıca qızdırın. Kroketləri qızğın yağda hər tərəfi qızılı rəng alana qədər qısa müddət qızardın. Artıq yağını çəkməsi üçün kağız dəsmalın üzərinə düzün.
Kroketlərə forma verdikdən sonra onları bişirməzdən əvvəl təxminən 20-30 dəqiqə soyuducuda dincəlməyə qoysanız, qızararkən formalarını daha yaxşı qoruyacaqlar.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
-
Gavalı və digər meyvələrlə bişirilən toyuq budu resepti
-
Makaronun süzdükdən sonra suyunu tökməyin
-
Yumurtanı rahat soymağın sirri
XƏBƏR LENTİ
-
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Wi-Fi siqnalını alüminium folqa ilə gücləndirmək mümkündür? - Araşdırma
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)
-
Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
-
"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
-
Can Bonomoya ağır itki - (Foto)
-
Fransada kütləvi etirazlar zamanı 272 nəfər saxlanıldı - (Video)
-
Lamin Yamaldan möhtəşəm qol - (Video)
-
Dələduzların yeni taktikası: külli miqdarda pul verirlər, sonra... - (Video)
-
“Neftçi” rəqibinə öz oyununu göstərməyə imkan vermir” - Qurban Qurbanov
-
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Timati nişanlısına 40 milyonluq avtomobil bağışladı - (Video)





