İran

Pezeşkian xalqa səsləndi: “Meydanlara çıxın, iğtişaşlara yol verməyin”

11 Yanvar 2026 18:30
Baxış: 1 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Prezidenti Məsud Pezeşkian ölkə televiziya kanalları vasitəsilə vətəndaşlara müraciət edərək, son günlər davam edən iğtişaşlara qarşı cəmiyyətin açıq mövqe ortaya qoymasını istəyib.

Milli.Az-ın məlumatına görə, dövlət başçısı iranlıları meydanlara çıxmağa çağıraraq, zorakılıq törədən qrupların xalqın haqlı tələblərini təhrif etməsinə imkan verilməməli olduğunu vurğulayıb.

Pezeşkian bildirib ki, hökumət dinc etirazların legitimliyini tanıyır və vətəndaşların problemlərini dinləməyə hazırdır. Bununla belə, onun sözlərinə görə, ictimai obyektlərin, xüsusilə məscidlərin yandırılması cəmiyyət tərəfindən qəbul edilə bilməz:

"Biz dinc etirazçıların səsini eşitməyə və ölkə daxilində bütün tərəflərlə dialoq qurmağa hazırıq. Ancaq baş verən iğtişaşların arxasında xarici qüvvələrin - xüsusilə ABŞ və İsrailin - təsirinin olması faktdır", - deyə prezident vurğulayıb.

Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-də milli valyutanın kəskin ucuzlaşması ilə başlayıb və artıq iki həftədən artıqdır davam edir.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.