İqtisadiyyat

Zara İbrahimzadəyə yüksək vəzifə verildi

10 Yanvar 2026 15:37
Baxış: 952
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"PAŞA Bank" Açıq Səhmdar Cəmiyyətində yeni kadr təyinatı həyata keçirilib.

Milli.Az xəbər verir ki, Zara İbrahimzadə Bankın Baş İcraçı Direktorunun müşaviri vəzifəsinə təyin olunub. Z.İbrahimzadə 2023-cü ilin fevral ayından etibarən "PAŞA Bank"ın Marketinq departamentinin direktoru vəzifəsində çalışırdı.

O, bundan əvvəl ABB-də Marketinq departamentinin direktoru olub və bu vəzifəyə 2020-ci ilin dekabrında təyin edilmiş, 2023-cü ilin yanvarında isə ABB-dən ayrılmışdı.

Corc Mason Universitetinin (ABŞ) məzunu olan Zara İbrahimzadə son 15 il ərzində Türkiyədə fəaliyyət göstərib.

Peşəkar karyerası ərzində "LUKOIL Türkiyə", "Akkuyu Nükleer" və SOCAR Türkiyə kimi iri şirkətlərdə çalışaraq müxtəlif marketinq və PR layihələrinə rəhbərlik edib.

Yeni təyinat bankın strateji kommunikasiya, brend mövqeləndirmə və beynəlxalq bazarlarda institusional imicinin gücləndirilməsi istiqamətində idarəetmə xəttini daha da möhkəmləndirən addım kimi qiymətləndirilir. /kredit.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.