Kriminal

Arvadı tərəfindən qətlə yetirildiyi bildirilən Hacının FOTOsu

25 Oktyabr 2024 21:03
Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında Xətai rayonu ərazisində 1986-cı il təvəllüdlü Hacı Mahmudov qətlə yetirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun 1987-ci il təvəllüdlü həyat yoldaşı Raidə Mahmudova tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr yetirilib və çarpayıdan yerə itələnməsi nəticəsində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. 

Raidə Mahmudova iş üzrə şübhəli şəxs qismində tutulub.

Qətlə yetirilən Hacı Mahmudovun fotosunu təqdim edirik:


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.