Şou-biznes

Efirdə kövrəldi: "Ondan DOYMADIM"

25 Oktyabr 2024 18:59
Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Mətanət İsgəndərli dünyasını dəyişən atasından danışıb kövrəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Qonaqcanlı" proqramında bəhs edib. O bildirib ki, atası üçün çox darıxır:

"Atam üçün o qədər darıxıram ki... Dünyasını dəyişəndə hamı deyirdi isti-istidir, darıxacaqsan. Onu necə axtarıram. Çünki atanın 100 yaşı da olsa, yanında min il yaşasa da onu itirəndə olursan balaca körpə uşaq. Atamı itirəndə körpə uşaq kimi ağlayırdım. Ondan doymadım. Adam atadan doyarmı? Son nəfəsinə qədər balalarım deyib. Cibindəki son qəpiyini də balalrına verərdi".

Vəfat edən qardaşından bəhs edən müğənni "Neçə illərdir ki, ağır xəstə idi. Dedi ki, övladlarımı sənə tapşırıram. dedim, arxayın ol" sözlərini əlavə edib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.