Elektromobil sahiblərinin NƏZƏRİNƏ: Daha çox risk altındadır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yağışlı günlərdə sosial şəbəkələrdə paylaşılan kadrlarda su basmış yollarda aciz qalan, hərəkətsiz dayanan elektrikli avtomobillər xüsusi diqqət çəkdi. Bəs müasir texnologiyanın gələcəyi sayılan bu avtomobillər paytaxtın "yağış sınağı"ndan necə çıxdılar?
Milli.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Elektromobillər suya düşdükdə elektron sistemi zədələnir"
Elektromobil ustası İlqar İsgəndərovun sözlərinə görə, daxiliyanma mühərrikli maşınlardan fərqli olaraq, elektromobilləri su basmış yollarda sürmək 80 faiz hallarda avtomobilin sıradan çıxması ilə nəticələnir: "Avtomobil suda nə qədər çox hərəkət edərsə, bir o qədər tez xarab olur. Bu fəsadlar çox vaxt dərhal yox, müəyyən müddət sonra özünü büruzə verir. Elektromobillər suya düşdükdə elektron sistemi zədələnir. Suyun "plata"lara və kontaktlara daxil olması bərpası çox çətin, bəzən isə mümkünsüz olan fəsadlar yaradır. Son yağışlı günlərdə servisimizə edilən müraciətlərin sayı kəskin artıb".
Usta bildirir ki, zəif izolyasiya səbəbindən xüsusilə Çin istehsalı olan avtomobillər daha çox risk altındadır. Elektromobillərin iş prinsipi ənənəvi mühərriklərdən fərqlidir. Burada batareya, invertor və yüksəkgərginlikli naqillər mövcuddur. Həmin hissələrə su daxil olan kimi sistem tamamilə qəza rejiminə keçir ki, bunun da təmiri olduqca ağır və bahalıdır.
"Cərəyan vurma təhlükəsi yoxdur"
Avtomobillər üzrə mütəxəssis Elçin Abbasov isə bildirib ki, daxiliyanma mühərrikli avtomobillər suya düşərkən mühərrikin içinə su dolması təhlükəsi yaranırsa, elektromobillərdə bu risk əsasən elektrik sistemlərinin izolyasiyasının pozulması ilə əlaqədardır. Ancaq elektromobillər və hibridlər yüksək gərginlik sistemlərini özləri qoruyurlar: "Bu qorunma ondan ibarətdir ki, yüksək gərginlik sisteminin avtomobilin korpusu ilə əlaqəsi yoxdur. Əgər 12 və ya 24 voltluq sistemlər mənfini korpusa verir və müsbəti paylayırsa, yüksək gərginlik sistemi korpusdan tam izolyasiya olunub. Cüzi cərəyan sızması və ya qısaqapanma olarsa, xüsusi relelər bunu dərhal aşkarlayır və cərəyanı kəsir. Ona görə də "elektromobildə insanları cərəyan vurar" qorxusu tamamilə əsassızdır, texniki cəhətdən mümkün deyil".
[Elektromobil sahiblərinin NƏZƏRİNƏ: Çin istehsalı olan maşınlar daha çox risk altındadır]
E.Abbasovun fikrincə, problemlə üzləşən maşınlar əsasən əvvəllər qəzaya uğramış və xırda da olsa zədələr alanlardır: "Zədə nəticəsində akkumulyatorun və ya yüksək gərginlik sisteminə aid qurğuların izolyasiyası pozulur. Normal, sağlam akkumulyator sudan tam izolyasiya olunub və onda problem yaranmır. Lakin maşının altı harasa dəyibsə, quru havalarda bu bilinməsə də, suya girdikdə həmin zədəli hissədən, dəliklərdən içəriyə su daxil olur. Su daxil olduqda qoruyucu sistemlər işə düşür, akkumulyator cərəyan verilməsini dayandırır. Nəticədə avtomobil sönür, suyun ortasında qalır və məcburən evakuatorla servisə gətirilir".
"Geri qayıtmaq daha yaxşıdır"
Ekspert bildirir ki, elektromobillə su yığılan ərazilərə girməkdənsə, geri qayıtmaq daha yaxşıdır: "Əgər suya girmək məcburiyyətindəsinizsə, suyun səviyyəsi qapı açıldıqda içəri dolmayacaq hündürlükdən aşağı olmalıdır. Həmçinin, sudan mütləq yavaş keçmək lazımdır. Çünki sürətlə hərəkət etdikdə yaranan dalğalar suyun səviyyəsini süni şəkildə qaldırır ki, bu da həm siz, həm də ətrafdakı avtomobillər üçün təhlükəlidir. Digər bir vacib məsələ - əgər hibrid avtomobil idarə edirsinizsə, belə havalarda akkumulyatorun səviyyəsini yüksək tutun və ancaq elektrik (EV) rejimində keçin. Daxiliyanma mühərrikini işlətməyin. Çünki mühərrik rejimində sürsəniz, mühərrikin içinə su dola bilər".
Ən çox problem taksilərdədir
E.Abbasovun sözlərinə görə, belə vəziyyətdə servislərə ən çox müraciət edənlər taksi fəaliyyəti ilə məşğul olan avtomobillərdir. Bunun əsas səbəbi həmin maşınların intensiv istismar olunmasıdır: "Əgər avtomobilinizin qapısına qədər olan sudan ehtiyatla keçmisinizsə və maşında əvvəlcədən heç bir nasazlıq olmayıbsa, sürməyə davam edə bilərsiniz, yoxlatdırmağa ehtiyac yoxdur. Lakin dediyim həddən daha dərin sudan keçmisinizsə, ondan sonra avtomobili mütləq yoxlatdırmaq lazımdır. Səbəb isə odur ki, elektromobillərdə ötürmələr qutusunun və reduktorların nəfəslikləri, akkumulyatorların isə temperatur dəyişəndə havanın dövriyyəsi üçün xüsusi klapanları olur. Dərin suda həmin klapanlardan və nəfəsliklərdən sistemin içinə su dola bilər. Ona görə də hermetikliyin pozulub-pozulmadığını, hər hansı zədənin olub-olmadığını öyrənmək üçün profilaktik yoxlanış şərtdir".
"İstehsalçılar bu məsələyə kifayət qədər diqqət ayırmırlar"
Elektromobil bloqeri İlkin Mustafayev də bəzi avtomobillərdə problemin olduğunu təsdiqləyir: "Normalda, istehsal prosesində hər bir avtomobilin batareyası su, toz və zərbədən qorunmaq üçün qlobal "İP" standartlarına cavab verməlidir. Lakin bəzi markaların istər elektrik, istərsə də hibrid modellərində bu standartlara əməl edilmədiyinin canlı şahidi olduq. Bu problem əsasən Çinin daxili bazarı üçün istehsal edilən modellərdə özünü büruzə verdi. Təbii ki, günahı yalnız istehsalçıda görmək haqsızlıq olar. Sürücülərin avtomobildən istifadə davranışları da burada mühüm rol oynayır. Elektromobillərdə ənənəvi mühərrik olmadığı üçün dərin sudan keçərkən "boğulma" və sönmə problemi yaranmır. Lakin "plug-in" hibrid avtomobillər tam elektrikli maşın hissi yaratdığından, bəzi sürücülər daxiliyanma mühərriki işlək vəziyyətdə ikən dərin gölməçələrə girdilər və nəticədə mühərriklərinə ciddi ziyan dəydi".
İ.Mustafayevin fikrincə, digər əsas problem batareyaya su sızması və izolyasiya qüsurlarıdır: "Bu izolyasiyalar daha dayanıqlı olmalı idi. Lakin bəzi istehsalçılar buna kifayət qədər diqqət ayırmırlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Azərbaycanda ən çox alınan avtomobillər - Siyahı
-
Formula 2 Azərbaycan Qran-Prisində 2 pilot mübarizəni yarımçıq dayandırıb - (Foto)
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
-
Tıxacda avtomobillərin üstündən keçə bilən cip - (Video)
XƏBƏR LENTİ
-
Bakı ətrafında ən ucuz torpaqlar haradadır? - Qiymətlər
-
144,9 ha ərazi minalardan təmizlənib
-
Nazirdən şad xəbər: Onlara 20 min manatadək pul verilə bilər
-
Bakıda arvadını pul vermədiyi üçün tava ilə döydü
-
Pünhan toyunda həmkarlarını "ağ yuyub, qara sərdi": "Çoxunun məni gözü götürmür" - (Video)
-
"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb
-
Merve Özbeyin konsertdə başına iş gəldi: Xəstəxanaya aparıldı
-
Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
-
"“Fənərbağça” “Turan Tovuz”la oyuna görə pul alıb" – Emre Bol
-
İbrahim Borçalının evində şad gün (Foto)
-
Bu olsa, Kənan Yıldız "Real"a transfer olunacaq
-
Elgiz bağ evini nümayiş etdirdi - (Video)
-
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi





