Dünya

Şolts Hindistandadır

25 Oktyabr 2024 21:41
Baxış: 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Almaniya kansleri Olaf Şolts Hindistanın Baş naziri Narendra Modi ilə görüşmək üçün Yeni Dehliyə gedib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Modi bu haqda "X" hesabında məlumat yayıb.

Baş nazir paylaşımda "Bu dünyada Hindistan və Almaniya kimi müttəfiqlərə ehtiyacımız var" sözlərini yazıb.

Dövlət rəsmiləri ikitərəfli görüşlərin ardınca mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Qeyd edək ki, bu, Şoltsun 2021-ci ildən ölkəyə üçüncü səfəridir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.