Yunanıstanda ikisi keşiş olmaqla ümumilikdə 7 nəfər kilsə pullarını mənimsəməkdə ittiham olunur.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstan səlahiyyətliləri katolik kilsəsinin iki keşişi də daxil olmaqla ümumilikdə 7 nəfəri kilsə üçün ayrılmış 3 milyon avronun mənimsənilməsinə görə araşdırır.
Səlahiyyətlilər bildiriblər ki, investisiya adı altında pul köçürmələri 8 ildir ki, davam edir.
Keşişlərin pulu Yunanıstanın cənubundakı Peloponnese yarımadasındakı beş gecə klubu sahibinin hesablarına köçürdükləri üzə çıxıb.
Nərmin Mahmudova
Milli.Az