Dünya

Fətullah Gülənin dəfnindən FOTOlar - üzlərini belə gizlətdilər

25 Oktyabr 2024 06:35
Baxış: 1 187
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FETÖ terror təşkilatının lideri Fətullah Gülən üçün Pensilvaniyada Skyland Beysbol Stadionunda dəfn mərasimi keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ polisinin yüksək səviyyədə təhlükəsizlik tədbirləri gördüyü mərasimə türkiyəli jurnalistlər buraxılmayıb və onların görüntülər çəkməsinə mane olub.

Təşkilat üzvləri isə adlarına hazırlanmış QR kodla mərasim sahəsinə daxil olublar.

Stadionun yerləşdiyi Esseks bölgəsində yerli vaxtla saat 10.00-14.00 arasında pilotsuz təyyarələrin uçması qadağan olunub.

Mərasimdə bəzi FETÖ-çülər papaq, eynək və maska ilə üzlərini gizlətməyə çalışıblar. Beysbol stadionunda keçirilən mərasimə qatılanlar fermaya buraxılmayıb.

FETÖ lideri Pensilvaniyada keçirilən mərasimdən sonra fermasının bağçasında dəfn edilib.

Məlumata görə, Gülənin cənazəsi təşkilat daxilindəki fikir ayrılığına görə ölümündən 4 gün sonra dəfn edilib.

Xatırladaq ki, oktyabrın 20-də Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nün lideri Fətullah Gülən vəfat edib. Pensilvaniyada yaşayan 83 yaşlı təşkilat lideri aparıldığı xəstəxanada ölüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.