İdman

UEFA türk futbolçuya qarşı iş açdı

25 Oktyabr 2024 22:40
Baxış: 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA İsrailin "Makkabi Tel-Əviv" komandası ilə Avropa Liqası matçında siyasi şüarlar səsləndirdiyi üçün "Midtyulland"ın türk əsilli futbolçusu Aral Şimşirlə bağlı araşdırmaya başlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Ekstra Bladet" məlumat yayıb.

Şimşir rəqiblərinə doğru baxaraq "Fələstinə azadlıq!" şüarını səsləndirib. Bildirilir ki, "Makkabi Tel-Əviv" klubunun nümayəndələri Şimşirin davranışı ilə bağlı şikayət edib. UEFA buna görə futbolçuya qarşı intizam işi açıb.

Qeyd edək ki, görüş "Partizan" stadionunda baş tutan görüş "Midtyulland"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.