Türkiyə

Bu qəbiristanlıqlar bağlandı

25 Oktyabr 2024 21:00
Baxış: 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbul qəbiristanlıqlarında sürətlə artan sıxlıq nisbəti narahatlıq doğurur.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzində 131 qəbiristanlıq dəfn üçün bağlanıb. İstanbul Qəbiristanlıqlar İdarəsinin rəhbəri Ecevit Yılmaz mövzu ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, şəhərdə cəmi 14 milyon kvadratmetr qəbiristanlıq sahəsi var:

"Tezliklə yeni qəbiristanlıq sahələri istifadəyə veriləcək. İstanbuldakı bir çox qəbiristanlıq doluluq nisbətinə görə yeni dəfnlərə bağlanıb. Zincirlikuyu, Topkapı, Kozlu, Edirnekapı Şəhidliyi, Eyüpsultan, Aşiyan, Ulus, Karacaahmet, Kartal, Çengelköy qəbiristanlıqları bağlı qəbiristanlıq ərazilərimiz arasındadır. İstanbulda qəbiristanlıq ərazilərinin planlaşdırılmasına təkcə dəfn prosedurları deyil, həm də şəhərin ümumi planlaşdırılması və abadlaşdırılması daxildir. Yollar, sosial sahələr, səhiyyə və təhsil müəssisələri kimi əsas xidmətlərlə yanaşı, qəbiristanlıqlar da şəhərin inkişafında mühüm rol oynayır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.