Türkiyə

Qaradənizdə nə baş verir? Bir tankerdə partlayış, digəri isə hücuma məruz qaldı - FOTO

28 Noyabr 2025 23:26
Baxış: 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qaradənizdə Rusiyanın Novorossiysk limanına doğru hərəkət edən Kairos adlı tankerdə naməlum səbəbdən partlayış baş verib. Gəmidə olan 25 nəfərlik heyət təxliyə edilərək sahilə çıxarılıb və ehtiyat tədbiri olaraq xəstəxanaya yerləşdirilib. Kocaeli Valisi İlhami Aktaş tankerdəki yanğının davam etdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, Qaradənizdə VIRAT adlı başqa bir tankerin zərbə aldığı bildirilib. Gəmidə olan 20 nəfərin vəziyyətinin yaxşı olduğu, lakin maşın şöbəsində qatı tüstü müşahidə edildiyi açıqlanıb.

Qaradənizdə, İstanbul Türkeli Fenerindən təxminən 52 mil məsafədə yerləşən Kairos adlı 274 metr uzunluğundakı tankerdə partlayış və yanğın baş verib. Hadisə ilə bağlı bölgəyə axtarış-xilasetmə qrupları göndərilib.

Tankerin batma riski olduğu bildirilib. Sahilə çıxarılan heyətin vəziyyətinin yaxşı olduğu, lakin xəstəxanaya müşahidə üçün aparıldığı açıqlanıb.

Reuters agentliyi tankerin dəniz minasına dəyə biləcəyi ehtimalını irəli sürüb və alovlanan gəminin batma təhlükəsinin olduğunu bildirib.

VIRAT adlı tanker də Qaradənizdə, sahildən təxminən 35 dəniz mili məsafədə zərbə aldığını bildirib: "Gəmidəki 20 nəfərin vəziyyəti yaxşıdır, maşın şöbəsində isə sıx tüstü müşahidə edilir. Hadisə ilə bağlı xilasetmə vasitələri və yaxınlıqdakı ticarət gəmiləri bölgəyə yönləndirilib. Proses izlənilir."

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.