Ölkə

Vahid Mustafayevin şirkəti cərimələnəcək?

25 Oktyabr 2024 23:38
Baxış: 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın tanınmış VMF şirkəti cərimələnə bilər.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 422-ci (Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu, investisiya fondunun idarəçisi və emitent tərəfindən qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi üçün müəyyən edilmiş müddətin və qaydanın pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq. 422-ci maddəyə əsasən, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 500 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə edilir.

VMF ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə məxsusdur. 1997-ci ildən fəaliyyət göstərən VMF Azərbaycanın saat bazarının aparıcı şirkətlərindən hesab edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.