Hadisə

Bakıda maşın dükana girdi - zəncirvari qəza - FOTO

22 Oktyabr 2024 15:34
Baxış: 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib.

Milli.Az Globalinfo.az-a istinadla xəbər verir ki, qəza nəticəsində polis maşını daxil olmaqla 5 avtomobilə və şirniyyat mağazasına ziyan dəyib.

Bildirilir ki, polis maşını idarəetməni itirərək hərəkətdə olan "Hunday" markalı avtomobilə, daha sonra isə iki "Toyota Prius" və bir "Şevrolet"ə çırpılıb.

Qəza nəticəsində şirniyyat mağazasına da ziyan dəyib.

Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası dəvət olunub.

Ciddi xəsarət alanların olmadığı bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.