20:03
Şəmkirdə ildırım vurduğu deyilən kişinin ürəktutması nəticəsində öldüyü məlum olub.
Şəmkir rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, cəsəddə hansısa iz aşkarlanmayıb.
Qeyd olunub ki, 1969-cu il təvəllüdlü Faiq Bağırovun ölüm səbəbi ürəktutması olub.
Bu faktı mərhumun qardaşı İsfəndiyar Bağırov da təsdiqləyib.
---------
18:23
Şəmkir sakini ildırım vurması nəticəsində ölüb.
Milli.Az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.
Kənd sakini 56 yaşlı F. Bağırov ildırım vurması nəticəsində vəfat edib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.
Milli.Az