11:00
Şəmkirdə 35 yaşlı kişinin Kür çayında boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, çayda boğulan Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev Dövlət Sərhəd Xidmətinin giziri imiş.
O, şənbə günü xidmətdən kənar vaxt yaşadığı Gəncə şəhərindən Şəmkir rayonu ərazisinə balıq tutmağa gedib. Bu zaman Z.Abdullayev ehtiyatsızlıqdan çaya düşüb və boğularaq ölüb.
Onun meyiti tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
--------------
2024.10.06
Şəmkirdə 35 yaşlı kişi Kür çayında boğulub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.
Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev çayın rayon ərazisindən keçən hissəsində batıb.
Onun meyiti tapılaraq ailəsinə təhvil verilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun